Kamran Ağayev Türkiyənin “Karşıyaka” klubundan ayrılıb

Kamran Ağayev Türkiyənin “Karşıyaka” klubundan ayrılıb
# 09 dekabr 2015 13:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin Türkiyə karyerası başa çatıb. Apasport.az saytı qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, “Karşıyaka” klubu həmyerlimizlə yolları ayırıb.

Ağayev “Karşıyaka”nın “Balıkesirspor”la oyunundan öncə baş məşqçi Keman Özdəşdən 2 günlük icazə alaraq, Vətənə qayıtmışdı. Həmin görüşü yerli qapıçı Ersin Aydın yüksək səviyyədə keçirdiyindən, böyük məvacib alan Kamrandan klub rəhbərliyi imtina edib.

Türkiyəli həmkarlarımızın iddiasına görə, Azərbaycanda özünə klub tapan qolkiper də “Karşıyaka”dan ayrılmağa razılıq verib. Klubdan 3 aylıq alacağı olan Ağayev bu məbləğin 35 min dollarından imtina edib.

Qeyd edək ki, Kamran “Karşıyaka”nın heyətində keçirdiyi 13 oyunda qapısından 20 qol buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR