Sabah Azərbaycan ərazisində yağmursuz hava şəraiti olacaq

Sabah Azərbaycan ərazisində yağmursuz hava şəraiti olacaq
# 20 sentyabr 2015 11:56 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR