Təhsil Nazirliyi elmi əsərləri mükafatlandıracaq

Təhsil Nazirliyi elmi əsərləri mükafatlandıracaq
# 09 mart 2016 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqədə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisi əsas götürüləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək. Müsabiqədə ildə bir dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, 22 dekabr tarixində Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılıb. Həmçinin, nazirlik əməkdaşlarına da “Web of Science” platformasının bazasına çıxış imkanı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR