Bakıda kafedə partlayış olub, 79 yaşlı qadın ölüb

Bakıda kafedə partlayış olub, 79 yaşlı qadın ölüb
# 30 noyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində kafenin yanar konstruksiyaları və ona bitişik “Qeyri-standart avadanlıqları zavodu”nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Bitişik sexin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR