Nağd pul dövriyyəsinin həcmi 7% artıb

Nağd pul dövriyyəsinin həcmi 7% artıb
# 11 iyul 2016 08:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 12,41% və ya 885,1 mln. manat azalaraq bu ilin iyun ayının 1-nə 6 244,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, may ayında dövriyyədə olan nağd pulların həcmi 409,7 mln. manat və ya 7,02% artıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə mayda dövriyyədə olan nağd pulların həcmi 827,5 mln. manat və ya 15,28% artıb. Beləliklə, bu il artıq 5-ci aydır ki, ölkədə dövriyyədə olan nağd pulların həcmi artmaqdadır.

Xatırladaq ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb.

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 74,8% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR