Qubada "Alma bayramı"keçirilib

Qubada "Alma bayramı"keçirilib
# 08 oktyabr 2016 14:06 (UTC +04:00)


Quba. Vəli Turan - APA. Bu gün Quba rayonunda "Alma bayramı" keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirə millət vəkilləri, 20-dən çox xarici ölkələrin Azərbaycandakı nümayəndələri də qatılıb.

Tədbirdə milli adət-ənənələri əks etdirən kompazisiyalar qurulub, rayonda becərilən alma sortları nümayiş olunub. Eləcə də almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyllər və işkilər iştirakçılara təqdim olunub. Bundan başqa, ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşib.

Bayram tədbiri çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunub.

Tədbir tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR