Qusarda 3 otaqlı ev yandı

Qusarda 3 otaqlı ev yandı
# 12 mart 2016 21:23 (UTC +04:00)

Bakı-APA. Qusarda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Köhnə Xudat kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR