ABŞ universitetlərinin azərbaycanlı məzunları görüşüb

ABŞ universitetlərinin azərbaycanlı məzunları görüşüb
# 13 fevral 2016 11:54 (UTC +04:00)

Bakı-APA. ADA Universitetində ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının 100 nəfərdən çox məzununun iştirakı ilə “Məzunların sürətlə şəbəkələşməsi” adlı tədbir təşkil edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirin məqsədi ABŞ-dan son illərdə qayıtmış yeni məzunlar və keçmiş illərin məzunlarını bir araya gətirərək Azərbaycanda təhsil və biznes mühitində şəbəkələşmə və ustadlıq (mentorluq) işini aşılamaqdır. Tədbirdə dövlət və özəl sektordan müxtəlif nümayəndələr iştirak edib. Tədbir Beynəlxalq Təhsil üzrə Amerika Şurası və ADA Universiteti ilə birgə əməkdaşlıq əsasında təşkil edilib.

İtirakçılar peşəkar təcrübələrini və biznes məqsədlərini bölüşüblər, peşəkar və şəxsi əlaqələrini genişləndirmək imkanı əldə ediblər.

Qeyd olunub ki, Azərbaycanda ABŞ mübadilə proqramlarının 5000-dən çox məzunu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR