Qazaxıstan parlamentinin sədri: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Qazaxıstan parlamentinin sədri: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
# 21 may 2016 16:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədri Baktıkoja İzmuxambetov ilə görüşüb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, görüş ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası çərçivəsində baş tutub.

Görüşdə iki ölkə parlamentlərinin MDB Parlamentlərarası Assambleyası, TürkPA və digər beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyəti müzakirə olunub, Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. O. Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar barədə məlumat verib, Azərbaycanın bu münaqişədə ədalətli mövqeyini dəstəklədiyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

B. İzmuxambetov Qazaxıstanın bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR