Suriya ordusu İsrail hərbi təyyarəsini vurduğunu açıqlayıb

Suriya ordusu İsrail hərbi təyyarəsini vurduğunu açıqlayıb
# 13 sentyabr 2016 09:40 (UTC +04:00)

Bakı – APA. Suriya ordu rəhbərliyi İsrailə məxsus bir hərbi təyyarə və bir pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Suriya dövlət informasiya agentliyi SANA hadisənin sentyabrın 13-nə keçən gecə, İsrail tərəfinin əl-Kuneytra bölgəsində Suriya ordusunun mövqelərinə zərbə endirərkən baş verdiyini bildirib. Pilotların taleyi barədə xəbər verilmir.

İsrail tərəfi hələlik hadisəni təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR