Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır
# 13 iyun 2016 10:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 6 mlrd. 453,9 mln. dollar, o cümlədən ixracın dəyəri 3 mlrd. 859,7 mln. dollar, idxalın dəyəri 2 mlrd. 594,2 mln. dollar təşkil edib, nəticədə 1 mlrd. 265,5 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 42,3%-i Avropa İttifaqı ölkələri, 10,7%-i MDB üzvü dövlətləri, 47%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR