Lənkəran ŞİH başçısı Liman şəhərinin sakinləri ilə görüşüb

Lənkəran ŞİH başçısı Liman şəhərinin sakinləri ilə görüşüb
# 15 yanvar 2016 09:31 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Liman şəhərinin sakinləri ilə görüşüb.

APA-nın cənub bürosunun məlumatına görə, görüşdə ŞİH başçısı aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, Liman şəhərinin ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

ŞİH başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəxtiyar Səfərov son illərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin şəhər sakinləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandığını bildirib. Görüşdə sakinlər Liman xəstəxanası və şəhər 2 saylı məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının qoyulması, bazarın və avtovağzalın tikilməsi, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və sair məsələlərlə bağlı təkliflərini irəli sürüblər.

Verilən təklifləri və fərdi müraciətləri dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən İcra başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq Liman şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri Azərbaycan prezidentinin regionların inkişafına göstərdiyi davamlı diqqətinin parlaq nümunəsi kimi dəyərləndirib.

İcra başçısı ölkədə, o cümlədən Lənkəran rayonunda bundan sonra da davam edəcəyini, hər bir ölkə vətəndaşı kimi Liman şəhər sakinlərinin də həyat şəraitini, rifah-halını daha da yaxşılaşdıracağını, o cümlədən görüşdə qaldırılan məsələlərin vaxtında həllini tapacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR