Azərbaycan diplomatı Argentina Deputatlar Palatasının ikinci vitse-prezidenti ilə görüşüb

Azərbaycan diplomatı Argentina Deputatlar Palatasının ikinci vitse-prezidenti ilə görüşüb
# 11 aprel 2016 15:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Argentinadakı səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanov ilə Argentina parlamentinin Deputatlar Palatasının ikinci vitse-prezidenti, xanım Patrisia Ximenez arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan və Argentina arasında əlaqələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.


Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycanda keçirilmiş parlament seçkilərindən sonra Milli Məclisdə Argentina ilə əməkdaşlıq üzrə işçi qrupunun yenidən formalaşdırıldığını bildirən R. Aslanov, Argentina Deputatlar Palatasında da Azərbaycanla dostluq qrupunun yenidən qurulmasının vacibliyini vurğulayıb. P. Ximenez yaxın zamanda Deputatlar Palatasında müxtəlif ölkələrlə, habelə Azərbaycanla dostluq qruplarının yeni tərkibinin formalaşacağını, müxtəlif deputatların Azərbaycanla dostluq qrupuna cəlb olunmasına səy göstərəcəyini, özünün də bu qrupa qoşulmaq istəyində olduğunu söyləyib. P. Ximenez Azərbaycan haqqında müsbət təəssüratlara malik olduğunu, şəxsən özünün qısa müddətdə Azərbaycanı görmək istəyində olduğunu xüsusi vurğulayıb.

Görüş zamanı R. Aslanov qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar barədə ətraflı məlumat verib. Sonda tərəflər iki ölkə arasında parlamentlər səviyyəsində potensial əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətləri barədə fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR