Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
# 15 iyun 2016 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda qeyd olunan 18 iyun İnsan Hüquqları Günü ərəfəsində ombudsman Elmira Süleymanova qərb bölgəsində səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb.

Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR