MSK İsgəndər Həmidovun şikayətinə baxıb - YENİLƏNİB

MSK İsgəndər Həmidovun şikayətinə baxıb - <span style="color: red;">YENİLƏNİB
# 16 oktyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və qeydə alınmış İsgəndər Həmidovun şikayətinə baxılıb.


APA-nın məlumatına görə, MSK üzvü Validə Kazımova bildirib ki, İ. Həmidov müraciətində təşviqat aparılmasına imkan yaradılmamasından şikayət edib. O, seçicilərlə görüş keçirməsinə polis əməkdaşlarının mane olduğunu bildirib.

MSK müraciəti baxılması üçün 23 saylı Kəlbəcər Dairə Seçki Komissiyasına göndərib.

MSK sədri M. Pənahov məcburi köçkünlərlə bağlı seçki dairələrinin seçicilərinin bir seçki dairəsinin ərazisində və ya bir yaşayış məntəqəsində yaşamadığını söyləyib: “Ən düzgün yol o olar ki, biz dairə seçki komissiyalarına müraciət edək, məcburi köçkünlərlə bağlı namizədlərin təşviqatı üçün yerlər ayırsın. Yəni məcburi köçkünlər müxtəlif yaşayış məntəqələrində, müxtəlif seçki dairələrinin ərazilərində məskunlaşıbsa, deməli, digər seçki dairələri belə hallarda təşviqat üçün həmin namizədlərə yer ayırmalıdır. Əslində bir seçki dairəsində həmin dairənin namizədləri üçün təşviqatla bağlı yer ayrılıbsa, məcburi köçkünlərlə bağlı dairədən namizəd olanlar da o yerlərdə görüşlər keçirə bilərlər. Bu sahədə problem ortaya çıxsa, bunu müzakirə edə bilərik. Ümumiyyətlə, maksimum dərəcədə çalışmaq lazımdır ki, namizədlərin seçicilərlə görüşü, təşviqatı üçün şərait yaradılsın, məsələ namizədin xeyrinə həll olunsun, namizədin görüşləri əngəllənməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR