Ermənistan ATƏT PA-nın Tbilisi bəyannaməsindən narazı qalıb

Ermənistan ATƏT PA-nın Tbilisi bəyannaməsindən narazı qalıb
# 05 iyul 2016 13:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan ATƏT Parlament Assambleyasının yekun Tbilisi bəyannaməsindən narazı qalıb.

APA-nın məlumatına görə, Ermənistan mətbuatı bəyannamənin 9-cu maddəsinin Ermənistan üçün qəbuledilməz olması ilə bağlı materiallar yayır.

“Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsi ilə etimadı möhkəmləndirmə” adlı qətnamənin 9-cu maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışılar yolu ilə həlli üçün səylərin artırılmasına davamlı ehtiyac olduğu, tərəflərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmət əsasında, Helsinki Yekun Aktı və BMT xartiyasına uyğun olaraq təhdid və güc tətbiqindən çəkinmənin vacibliyi qeyd edilir.

Qeyd edək ki, sözügedən maddə qətnaməyə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən irəli sürülən düzəliş əsasında daxil edilib, düzəliş qətnamənin müəllifi, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin üzvü Marqaret Sederfeld tərəfindən dəstəklənib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR