Şəmkirdə baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Şəmkirdə baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 22 noyabr 2015 19:06 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “KAMAZ” markalı maşınla “VAZ-21011”-in toqquşması nəticəsində “VAZ”-ın sərnişini Düyərli kənd sakini, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev hadisə yerində ölüb.

Onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Sevinc Nağıyeva və həmkəndlisi, 1967-ci il təvəllüdlü İxtiyar Cəlilov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

21:20

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Kamaz” markalı maşının “VAZ-21011” markalı avtomobillə toqquşması nəticəsində “VAZ” da olan sərnişin, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR