Misir təyyarəsini qaçıran şəxs bu hərəkətinin səbəbini açıqlayıb

Misir təyyarəsini qaçıran şəxs bu hərəkətinin səbəbini açıqlayıb
# 30 mart 2016 15:06 (UTC +04:00)

Bakı - APA. Misirin “EgyptAir” şirkətinin təyyarəsini qaçıran Seyf ad-Din Mustafa bu əməlinin səbəbini açıqlayıb.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, 59 yaşlı Seyf ad-Din Mustafa Cənubi Kiprdə istintaqa ifadəsində deyib ki, təyyarəni qaçırmasının səbəbi 24 il ərzində keçmiş həyat yoldaşı və uşaqları ilə görüşə bilməməsidir. O, Misir hakimiyyət orqanlarının ailəsi ilə görüşməyə icazə vermədiyini bildirib. Onun keçmiş həyat yoldaşı Cənubi Kipr vətəndaşıdır, cütlüyün 4 övladı olub. Uşaqlardan biri 10 il əvvəl vəfat edib. Mustafa özü isə Kipri 1994-cü ildə tərk edib.

Qeyd edək ki, İsgəndəriyyədən Qahirəyə uçan təyyarə martın 29-da qaçırılıb. Mustafa öncə bir neçə sərnişin və heyət üzvləri istisna olunmaqla, bütün sərnişinləri sərbəst buraxıb, Misir həbsxanalarındakı qadın məhbusların azadlığa buraxılmasını, eyni zamanda məktubunun keçmiş həyat yoldaşına çatdırılmasını tələb edib. Daha sonra isə o, təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR