İstirahət günləri baş verən yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb

İstirahət günləri baş verən yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb
# 22 avqust 2016 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İstirahət günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Avqustun 21-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR