Sabunçu rayonunda döyüş sursatı aşkarlanıb

Sabunçu rayonunda döyüş sursatı aşkarlanıb
# 18 oktyabr 2015 17:48 (UTC +04:00)

Bakı-APA. Bakının Sabunçu rayonunda döyüş sursatı aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, məlumat daxil olan kimi dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunublar.

Döyüş tətbiqinə yararlı olan bir ədəd 50 millimetrlik minaatan mərmisi mütəxəssislər tərəfindən götürülüb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR