“Azər-Türk Bank” I yarimillikdə aktivlərini 4 dəfə artırıb

“Azər-Türk Bank” I yarimillikdə aktivlərini 4 dəfə artırıb
# 09 sentyabr 2015 09:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 391,054 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,99 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,24 dəfə artaraq 279,724 mln. manat olub.

Bankın depozit portfeli 2015-ci ilin II rübünə 2,28 dəfə artaraq 92,786 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 3,32 dəfə artaraq 55,838 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,72 dəfə artaraq 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 20,15% artaraq 12,144 mln. manat, xərcləri isə 3,14% azalaraq 8,845 mln. manat olub.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 225 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR