Azərbaycanda zavoddan 50 min manat pul oğurlayan dəstə zərərsizləşdirilib

Azərbaycanda zavoddan 50 min manat pul oğurlayan dəstə zərərsizləşdirilib
# 06 noyabr 2015 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda zavoddan 50 min manat pul oğurlayan dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də kabel zavodundan quldurluq yolu ilə 50 000 manat aparan Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR