Filippin hökuməti Kanada vətəndaşının “Abu-Sayyaf” terrorçu qruplaşması tərəfindən edam edildiyini təsdiqləyib

Filippin hökuməti Kanada vətəndaşının “Abu-Sayyaf” terrorçu qruplaşması tərəfindən edam edildiyini təsdiqləyib
# 14 iyun 2016 04:55 (UTC +04:00)

Bakı-APA. Filippin hökuməti son 9 ay ərzində girov saxlanılan Kanada vətəndaşı Robert Hollun “Abu-Sayyaf” terrorçu qruplaşması tərəfindən edam edildiyini təsdiqləyib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin sentyabrında Filippinin Samal adasında yerləşən hotellərin birindən iki Kanada və bir Norveç vətəndaşı oğurlanıb.

Mayın ortalarında terrorçular onların azad edilməsi üçün 12,8 milyon dollar tələb edib. Bundan əvvəl apreldə “Abu-Sayyaf” silahlıları digər Kanada vətəndaşı Con Ridsdeli edam ediblər. Hazırda terrorçular İndoneziya və Malayziya dənizçiləri, həmçinin Norveç və Niderland vətəndaşları daxil olmaqla, 10-a yaxın insanı girov saxlayır.

“Əl-Qaidə”nin Filippindəki qolu sayılan “Abu-Sayyaf” qruplaşması 2004-cü ildə ölkə tarixində ən irimiqyaslı terror aktı törədib. O zaman “SuperFerry” bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR