İkinci dünya müharibəsinin iştirakçısı, 95 yaşlı Muradəli Heydərov vəfat edib

İkinci dünya müharibəsinin iştirakçısı, 95 yaşlı Muradəli Heydərov vəfat edib
# 02 yanvar 2016 08:57 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. İkinci dünya müharibəsinin iştirakçılarından biri, 95 yaşlı Zərdab rayon sakini Muradəli Şəfaqət oğlu Heydərov vəfat edib.

APA-nın Aran bürosunun xəbərinə görə, 1921-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş Muradəli Heydərov yanvarın 1-də dünyasını dəyişib.

İkinci dünya müharibəsində 416-cı alayın topçusu olan Muradəli Heydərov keçdiyi döyüş yoluna görə, “Şöhrət” ordeninin üç dərəcəsi ilə təltif olunub.

O, Azərbaycanda da fəxri fərman və mükafatlara layiq görülüb.

Mərhum yaxınlarının və kənd sakinlərinin iştirakı ilə doğulduğu kənddə dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR