Opera və Balet Teatrında "Bogema” operası nümayiş olunub

Opera və Balet Teatrında "Bogema” operası nümayiş olunub
# 18 yanvar 2016 09:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Opera və Balet Teatrında C.Puççininin “Bogema” operası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Mimi partiyasını ifa etmək üçün Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasının ifası üçün isə Belarus Akademik Böyük Opera və Balet teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov dəvət olunublar.

Qastrolçularla bərabər səhnə əsərində vokalçılar – əməkdar artistləri İnarə Babayeva (Müzetta), Fərid Əliyev (Rudolf), Əkrəm Poladov (Kollen) və xalq artisti Əli Əsgərov (Alsindor) çıxış ediblər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR