Bakıda restoranda atışma olub, yaralananlar var

Bakıda restoranda atışma olub, yaralananlar var
# 22 aprel 2016 07:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baıda restoranda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Badamdar yolunda yerləşən “Bulaq” restoranında qeydə alınıb. Silahlı insident nəticəsində iki nəfər güllə yarası alıb.

Hadisə iştirakçılarından bir nəfər artıq tutulub.

Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. İdarədən yaralananlar və tutulan şəxsin adlarını açıqlamayıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR