İranın Səhiyyə Nazirliyi: Azərbaycanda dərman istehsalı zavodunun tikilməsi İran üçün yeni fürsətlər yaradacaq

İranın Səhiyyə Nazirliyi: Azərbaycanda dərman istehsalı zavodunun tikilməsi İran üçün yeni fürsətlər yaradacaq
# 03 may 2016 15:01 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. “Azərbaycanda dərman istehsalı zavodunun tikilməsi İranın dərman istehsalı sənayesi üçün yeni fürsətlər yaradacaq”.

Bunu APA-nın Tehran bürosuna İranın Səhiyyə Nazirliyinin dərman və ərzaq təşkilatının idarə rəisi Mehdi Pirsalehi deyib. O bildirib ki, İranın Səhiyyə Nazirliyi və dərman istehsal edən şirkətləri Azərbaycanla əməkdaşlığı dəstəkləyir: “İranın bölgənin dərman bazarında iştirakı həm dərman preparatlarının ixracatı və həm də digər ölkələrdə müştərək investisiya yatırılması ilə həyata keçiriləcək. Azərbaycanda da zavod bu məqsədlə tikilir”.

M. Pirsalehi deyib ki, Azərbaycanda dərman istehsalı zavodunun yaradılması İranın Orta Asiya ölkələrinin bazarlarına çıxmasına şərait yaradacaq. “Hazırda biz ölkə daxilində dərmana olan tələbatın 97 faizi yerli istehsalla təmin edilir. Bəzi dərmanlarla bağlı isə bizim ölkə dünyada yeganə istehsalçıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR