Beynəlxalq məhkəmə Çinin Cənub Çin dənizindəki hüquqlarını tanımayıb

Beynəlxalq məhkəmə Çinin Cənub Çin dənizindəki hüquqlarını tanımayıb
# 12 iyul 2016 14:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çin dövləti Cənubi Çin dənizindəki mübahisəli ərazilər üzərində tarixi hüquqlara malik deyil.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Haaqa Münsiflər Məhkəməsinin Daimi Palatası tərəfindən yaradılmış beynəlxalq məhkəmənin qərarında deyilir. Qərara əsasən Çin iddia etdiyi zona daxilində təbii ehtiyatların hasilatı üçün tarixi hüquqa malik ola bilməz.

Çin Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, məhkəmənin qərarı Çinin bu regiondakı maraqlarına və suverenliyinə təsir etmir: “Bu kimi məhkəmə qərarları ilə Çinin ərazi bütövlüyü və Cənubi Çin dənizindəki hüquq və maraqları müzakirə olunmayacaq”.

Daha əvvəl rəsmi Pekin bildirmişdi ki, əgər beynəlxalq arbitraj məhkəməsi Çinin regiondakı fəaliyyətinin beynəlxalq hüquqa zidd olması barədə qərar çıxarsa, Çin BMT-nin dəniz hüququ barədə Konvensiyasından çıxa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR