Rusiyada həbsxanada azərbaycanlının ölüm səbəbi məlum olub

Rusiyada həbsxanada azərbaycanlının ölüm səbəbi məlum olub
# 01 sentyabr 2016 15:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Rusiyanın Saratov şəhərində həbsxanada saxlanılan İlham Abdullayevin ölüm səbəbi açıqlanıb.

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, həbsxanadan və ekspertizadan onlara verilən açıqlamaya görə, “Brat” ləqəbli azərbaycanlının ölümünə qaraciyərindəki ağrılar səbəb olub.

Avqustun 27-də başlayan ağırlar üç gün davam edib və o, avqustun 30-da vəfat edib.

Onun Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunduğu və 10 ilə qədər azadlıqdan məhrum edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR