Mariya Zaxarova: "Rusiya terrorla mübarizədə Azərbaycan, Türkiyə və İranla əməkdaşlığa hazırdır"

Mariya Zaxarova: "Rusiya terrorla mübarizədə Azərbaycan, Türkiyə və İranla əməkdaşlığa hazırdır"
# 14 oktyabr 2015 10:58 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə çıxış edib.

M. Zaxarova terrorla mübarizəni daha səmərəli etmək üçün Rusiyanın Azərbaycan, Türkiyə və İranla birgə əməkdaşlığa hazır olduğunu bildirib: "Nəyinki bu ölkələrlə terrorla mübarizədə əməkdaşlığa hazırıq, bununla bağlı müvafiq dialoq da aparırıq. Müxtəlif səviyyələrdə danışıqlarda terrorla mübarizədə birgə əməkdaşlıq müzakirə olunur. Bir daha qeyd etmək istəyirəm ki, terrorla mübarizədə əməkdaşlıqda Rusiyanı heç bir limiti yoxdur. Bu mövzuda hər zaman dialoq aparmışıq, bundan sonra da dialoq aparacağıq”.

Rusiyalı diplomat qeyd edib ki, Türkiyədə baş verən qanlı terror aktı terrora qarşı mübarizədə güclərin koordinasiyasının vacib olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR