"Bolkart" "7 Günə 7 Hədiyyə" adlı kampaniyaya start verir

"Bolkart" "7 Günə 7 Hədiyyə" adlı kampaniyaya start verir
# 25 dekabr 2015 12:13 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank of Baku" "Bolkart" sahibləri üçün yeni il ərəfəsində “7 Günə 7 Hədiyyə” adlı kampaniyaya start verir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 25-31 dekabr tarixlərini əhatə edən kampaniya çərçivəsində hər gün bir müştərinin hədiyyə qazanmaq şansı olacaq. Kampaniyada yalnız "28 Mall" ticarət mərkəzində yerləşən "Bolkart" partnyor mağazalarında alış-veriş edən müştərilər iştirak edə bilər.

Bir həftə davam edəcək kampaniyanın şərtlərinə görə hər günün yekununa əsasən ən çox məbləğdə alış-veriş edən şəxs qalib elan olunur və Gigaset A220 modeli əldə edir. Kampaniyanın sonuncu, yəni 7-ci günü də daxil olmaqla bütün dövr ərzində ən çox məbləğdə alış-veriş edən bir müştəriyə isə iPad mini hədiyyə olunur. Qaliblərin mükafatlandırılması hər növbəti gün “28 Mall”da yerləşən "Bolkart" stendində aparılacaq.

Kampaniya həm köhnə, həm də yeni "Bolkart" kartları – "Bolkart Gənc", "Bolkart Ailə", "Bolkart Gold", "Bolkart Diamond" ilə aparılmış alış-verişlərə şamil olunur.

"Bolkart" partnyor şəbəkəsi haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR