Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 2 gümüş və 3 bürünc medal qazanıb

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 2 gümüş və 3 bürünc medal qazanıb
# 10 dekabr 2015 12:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2-10 dekabr tarixlərində Cənubi Koreyanın Dequ şəhərində yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan məktəbliləri olimpiadada 6 nəfər şagird və 3 nəfər müəllim heyəti ilə çıxış edib.

Bildirilib ki, 43 ölkənin iştirak etdiyi olimpiadada Azərbaycan məktəblilərindən Hüseyn Babayev və Cəfər İsbarov gümüş, Turan Bədəlli, Emin Qayıbov və Turan Məmmədli bürünc medal qazanıblar.

Qeyd edək ki, bu nailiyyət Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda ən böyük uğuru hesab olunur. Belə ki, son 10 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 5 medal qazanmayıb.

Qeyd olunub ki, fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR