İrəvanda konstitusiya islahatları əleyhinə yürüş keçirilir

İrəvanda konstitusiya islahatları əleyhinə yürüş keçirilir
# 02 dekabr 2015 19:06 (UTC +04:00)

Bakı-APA. Ermənistanın paytaxtı İrəvanda konstitusiya islahatlarının əleyhinə növbəti yürüş keçirilir.

APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına çatıblar.

Etirazçılar Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.

Polis MSK binasını əhatəyə alıb. Qeyd olunur ki, yürüşün marşrutunun buradan keçməsi əvvəlcədən razılaşdırılmayıb. Polis nümayəndələri bununla bağlı yürüş iştirakçılarına xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR