Azərbaycan millisi xatirə turnirində 8-ci olub

Azərbaycan millisi xatirə turnirində 8-ci olub
# 12 yanvar 2016 14:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 17 yaşadək futbolçulardan ibarət komandamız turnirin son günündə Belarusun U-19 komandası ilə qarşılaşıb.

Bu, 7-ci yer uğrunda oyunda baş tutub. Təbriz Həsənovun yetirmələri qarşılaşmada ilk qolu vursa da, üstünlüyünü qoruya bilməyib.

Matçın sonlarında iki qol vuran Belarus yığmamıza ardıcıl ikinci məğlubiyyəti yaşadıb. Bu qələbə belaruslulara 7-ci olmaq imkanı verib. Komandamız isə turniri 8-ci pillədə başa vurub.

7-ci yer uğrunda

Azərbaycan - Belarus - 1:2

Qollar: Doğukan Öksüz, 45 - Sergey Diçenkov, 77, Vitali Lisakoviç, 85

Peterburq İdman-Konsert Kompleksi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR