Akif Əlizadə: “2015-ci il AMEA üçün uğurlu olub”

Akif Əlizadə: “2015-ci il AMEA üçün uğurlu olub”
# 18 dekabr 2015 16:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəs­si­­sə­lərinin Direktorlar Şurasının növbəti iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-ka­tib­­ləri, elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti apa­ra­tının idarə və şöbə rəisləri iştirak ediblər.


AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, 2015-ci il AMEA üçün kifayət qədər uğurlu, səmərəli və məhsuldar il olub: “Bu il ərzində Akademiya 26 beynəlxalq olmaqla, 60-a yaxın mötəbər tədbir keçirib”.

Elmin İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrasına dair görülən işlər haqqında məlumat verən akademik qeyd edib ki, bu strategiyanın uğurla həyata keçirilməsi elmi tədqiqatların istiqamətlərini ölkənin mühüm ictimai-mədəni məsələlərin həllinə, eləcə də dünya elminin prioritet istiqamətlərinə uyğun müəyyənləşdirilməsinə, elmdə idarəetmə sisteminin modernləşdirilməsinə, elm və təhsilin inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına və s. müsbət təsir göstərib.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və digərlərin AMEA-nın təsərrüfat subyektlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr, doktoranturaya qəbul prosesinin gedişi, doktorantlar arasında sosioloji sorğunun keçirilməsi, AMEA-nın magistraturasında qış imtahan sessiyasına hazırlıq məsələləri, AMEA və Belarus Milli Elmlər Akademiyası arasındakı elmi tex­niki əməkdaşlıq və “Nature Publishing Group” və “Palgrave Macmillan” nəşriyyatları ilə əlaqələrin yaradılması ilə bağlı təkliflərlə əlaqədar çıxışları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR