Azərbaycan BVF ilə IV maddə üzrə məsləhətləşmələrə başlayıb

Azərbaycan BVF ilə IV maddə üzrə məsləhətləşmələrə başlayıb
# 20 may 2016 07:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurasında Azərbaycanı təmsil edən maliyyə naziri Samir Şərifov BVF ilə Azərbaycan hökuməti arasında IV maddə üzrə Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib.

Maliyyə Nazirliyinin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyət, habelə büdcə parametrləri üzrə fikir mübadiləsi aparılıb, xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar müzakirə olunub.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR