Erməni silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb

Erməni silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb
# 06 oktyabr 2016 11:57 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimlər Ağdam və Ağdərə rayonlarının işğal altında olan ərazilərində keçirilir.

Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR