Gələn ilin oktyabr ayından Avropa İttifaqı Türkiyə ilə viza rejimini ləğv edəcək

Gələn ilin oktyabr ayından Avropa İttifaqı Türkiyə ilə viza rejimini ləğv edəcək
# 30 noyabr 2015 08:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gələn ilin oktyabr ayından Avropa İttifaqı Türkiyə ilə viza rejimini ləğv edəcək.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə bazar günü keçirilən Aİ-Türkiyə zirvə görüşündə qərar qəbul olunub. Türkiyənin Aİ tərəfindən 2012-ci ildə irəli sürdüyü 79 öhdəliyin yerinə yetirilməsi şərti ilə bu qərar təsdiqini tapacaq. Bundan başqa, görüşdə ildə 2 dəfə zirvə toplantısının keçirilməsi qərara alınıb.

Aİ-nin suriyalı mühacirlərlə bağlı ilkin olaraq Türkiyəyə 3 milyard avro yardım edəcəyi də açıqlanıb. Lakin bu məbləğin hansı müddətdə veriləcəyi göstərilməyib.

Xatırladaq ki, 29 noyabrdakı sammit son 11 ildə ilk Aİ ilə Türkiyə arasında ilk zirvə toplantısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR