Kürdəmirdə minik və yük avtomobilləri toqquşub, xəsarət alan var - VİDEO

Kürdəmirdə minik və yük avtomobilləri toqquşub, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2015 11:43 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 198-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.

Ucar rayonu istiqamətdə hərəkətdə olan 34 yaşlı Kərimov Elşad Vaqif oğlunun idarə etdiyi minik maşın ilə əks istiqamətdə hərəkətdə olan 49 yaşlı Kərimov Əhəd Həmid oğlunun idarə etdiyi "SHAGMAN” markalı yük maşını toqquşub. Nəticədə, minik maşınının sürücüsü hadisə zamanı aldığı müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb yük maşınının dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR