Gürcüstanda yaşayan soydaşımız traktor ixtira edib

Gürcüstanda yaşayan soydaşımız traktor ixtira edib
# 14 aprel 2016 07:48 (UTC +04:00)

Bolnisi. Nizami Məmmədzadə-APA. Gürcüstanın Bolnisi rayonunun Dəllər kəndində yaşayan soydaşımız Elmuraz Əhmədov mini traktor ixtira edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 27 yaşlı soydaşımız kənd təsərrüfatı sahələrində istifadə məqsədilə hazırlanan mini traktoru bir aya düzəldib və həm özünün, həm də kənd sakinlərinin əkin üçün lazım olan ehtiyaclarını ödəyib. E. Əhmədov hazırda səpinə işlərində istifadə olunacaq hissələri düzəldir. Bu traktor müxtəlif avtomobillərin hissələrindən yığılıb. Traktor saatda 40-50 kilometr sürətlə hərəkət edir. İxtiraçı onu minik maşını kimi də istifadə edir. O, sakinlərin ehtiyaclarını ödəmək üçün ikinci traktor da yığmağa hazırlaşır.

Qeyd edək ki, E. Əhmədov maşın ustasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR