BAXCP sədri Ordubad seçiciləri ilə görüşüb - FOTO

BAXCP sədri Ordubad seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 20 oktyabr 2015 11:35 (UTC +04:00)

Bakı-APA. 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Ordubad rayonunda seçicilərlə görüş keçirib.

APA-nın məlumatına görə, seçici fəallığının yüksək olduğu görüşdə Qüdrət Həsənquliyev millət vəkili kimi fəaliyyətdə olduğu dövrdə gördüyü işlərdən, seçki platformasının əsas istiqamətlərindən söz açıb.

BAXCP sədri rəhbərlik etdiyi partiya tərəfindən ictimaiyyətə təqdim edilən Konstitusiya islahatları layihəsi və digər sənədlər haqqında seçiciləri məlumatlandırıb.

Qüdrət Həsənquliyev BAXCP-nin bu ilin noyabr ayında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv qəbul ediləcəyini xatırladaraq bildirib ki, təmsil etdiyi partiya fəaliyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın milli maraqlarından çıxış edib. BAXCP sədri qeyd edib ki, partiyanın Avropanın nüfuzlu siyasi partiyalarının alyansında təmsil olunması Azərbaycan haqqında həqiqətlərin bu qurum çərçivəsində ifadə olunmasına geniş imkan yaradacaq. Görüşün sonunda Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR