Şahidlər QMİ-nin sabiq əməkdaşının məhkəməsinə gəlməyiblər

Şahidlər QMİ-nin sabiq əməkdaşının məhkəməsinə gəlməyiblər
# 27 sentyabr 2016 11:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə bildirilib ki, şahidlərin barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilsə də, onlar iclasa gəlməyiblər. Proses oktyabrın 4-də davam edəcək. Həmin gün sənədlərin tədqiqinə başlanacaq.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR