Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2016 11:00 (UTC +04:00)

Bakı – APA. Avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev deyib ki, bu ilin fevral ayında İranda rəsmi səfərdə olub: “Əlaqələrimiz sürətlə inkişaf edir. Bugünkü səfər çərçivəsində bir çox məsələ müzakirə olunacaq və əminəm ki, nəticələr də yaxşı olacaq”.

İran prezidenti Həsən Ruhani bildirib ki, əlaqələrimiz səmimiyyətlə və uğurla inkişaf edir: “Sizin Tehrana səfəriniz çox uğurlu səfər idi və çox düzgün addımlar atılmışdı. Ümid edirəm ki, münasibətlərin genişləndirilməsi üçün bu səfər zamanı yeni addımlar atılacaq. Yaxşı münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə çox əhəmiyyətlidir, müsbət haldır”.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüşün ardınca nümayəndə heyətlərinin geniş tərkibdə görüşü başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR