Vaşinqtonda Ağ Ev qarşısında silahlı insident baş verib, xəsarət alan var - YENİLƏNİB

Vaşinqtonda Ağ Ev qarşısında silahlı insident baş verib, xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 20 may 2016 23:33 (UTC +04:00)

Bakı-APA. Ağ Ev qarşısında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, prezident iqamətgahına yaxınlaşan silahlı şəxsi Ağ Evin mühafizəçiləri güllələyib.

Məlumata əsasən, adı açıqlanmayan şəxs buraxılış postuna yaxınlaşaraq silah çıxarıb. Buna cavab olaraq mühafizə xidmətinin əməkdaşı atəş açaraq onu qarnından yaralayıb.

***

00:13

Bakı-APA. ABŞ-ın paytaxtında, Ağ Ev qarşısında silahlı insident baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Washington Post” xəbər verib.

Hadisə nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu, atəş açan şəxsin isə saxlanıldığı bildirilir.

İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Qeyd olunur ki, hazırda prezident Barak Obamanı “Endryus” hərbi bazasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR