ABŞ-ın İstanbuldakı konsulluğuna hücum planlaşdıran 11 şəxs saxlanılıb

ABŞ-ın İstanbuldakı konsulluğuna hücum planlaşdıran 11 şəxs saxlanılıb
# 17 dekabr 2015 22:13 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın İstanbuldakı konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarında saxta pasportlarla saxlanılan suriyalıların İŞİD terror qruplaşmasının üzvləri olduğu ehtimal edilir. İki gün əvvəl qeyd olunan iş üzrə bir nəfərin – Suriya vətəndaşı Məhəmməd Rahil əl Hardaninin saxlanılması barədə məlumat verilmişdi.

Qeyd edək ki, keçən həftə Mərkəzi Kəşfiyyat İdarəsi və Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MIT) İŞİD silahlılarının ABŞ-ın Türkiyədəki mühüm obyektlərinə - səfirlik, konsulluq və hərbi bazalarına hücum törətməyi planlaşdırdığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR