Quldurluq və insan alverində təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Quldurluq və insan alverində təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
# 18 aprel 2016 14:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, insan alverində və digər cinayət əməllərində təqsirləndirilən dəstə üzvləri Elməddin Şahbazov, Elvin Rüstəmov, Pünhan Sayılov, Rüfət Əzizov, Xəyal Bədəlov, Elvin Həsənzadə və Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Elməddin Şahbazov 16 il, Elvin Rüstəmov, Pünhan Sayılov, Rüfət Əzizov və Elnur Abbasov 14 il, Xəyal Bədəlov və Elvin Həsənzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü il dekabr ayının 18-də Salyan rayonunun Xıdırlı kəndində rayon sakinləri Xəyal Bədəlov, Rüfət Əzizov və Elvin Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyiblər. Onlar Elnurdan 30 manat və üzərində olan qızıl əşyalarını, Tofiqdən isə 700 manat alıblar. Dəstə üzvlərinin Bakı şəhər sakinlərini oğurlayaraq pul tələb etdikləri də ortaya çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR