Türkiyədə PKK terrorçuları 1 polisi öldürüb, 3 polisi yaralayıb

Türkiyədə PKK terrorçuları 1 polisi öldürüb, 3 polisi yaralayıb
# 22 mart 2016 12:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 nəfər polis şəhid olub, 3 nəfər polis əməkdaşı isə yaralanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Mardin vilayətinin Mazıdağı qəsəbəsi yaxınlığındakı magistral yola PKK terrorçularının yerləşdirdikləri partlayıcı qurğu zirehli polis avtomobili hərəkət edən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Nəticədə 1 nəfər polis əməkdaşı şəhid olub, 3 nəfər polis əməkdaşı isə xəsarət alıb.

Yaralı polislər təcili tibbi yardım maşınları ilə Mazıdağı və Mardindəki xəstəxanalara yerləşdirilib.

Təhlükəsizlik qüvvələri hücumu təşkil edən PKK-çıların zərərsizləşdirilməsi üçün əməliyyatlara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR