Azərbaycan XİN rəhbəri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidentini qəbul edib

Azərbaycan XİN rəhbəri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidentini qəbul edib
# 05 sentyabr 2016 13:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-n mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə E. Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfesiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını bildirərək, 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edildiyini diqqətə çatdırıb.

Azərbaycanın İsveçrə, eləcə də İsrail ilə yaxın dostluq münasibətlərinə malik olduğunu qeyd edən nazir bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün İsveçrə yəhudi icmasının da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

H. Vinter isə Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradılmasını yüksək qiymətləndirdiyini bildirib. Ölkəmizdə şahidi olduğu multikulturalizm və tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq bunun bütün dünya üçün nümunə ola biləcəyini diqqətə çatdırıb.

Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR