İsrail sərhədçisi ona bıçaqla hücum edən fələstinli qadını öldürüb

İsrail sərhədçisi ona bıçaqla hücum edən fələstinli qadını öldürüb
# 23 may 2016 16:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsrail sərhədçisi ona bıçaqla hücum edən fələstinli qadını öldürüb.

APA-nın “The Times of Israel”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Yerusəlimdə (Qüds) Ras Bidu sərhəd-keçid məntəqəsində baş verib.

Polis sözçüsünün bildirdiyinə görə, hadisə zamanı təhlükəsizik qüvvələrindən xəsarət alan olmayıb. “Sərhəd polisi üzərinə bıçaqla hücum edən qadına atəş açıb. Qadın hadisə yerində ölüb. Terrorçunun üzərində şəxsiyyətini təsdiqləyən heç bir sənəd olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR