Bərdə sakini vaxtı keçmiş əti zooparka göndərdiyini iddia edir

Bərdə sakini vaxtı keçmiş əti zooparka göndərdiyini iddia edir
# 01 dekabr 2015 11:39 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Evinin anbarında istifadə müddəti keçmiş tonlarla ət aşkarlanan Bərdə sakini həmin əti Bakıdakı zooparka göndərmək üçün nəzərdə tutduğunu iddia edib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları Bərdədə qanunsuz fəaliyyət göstərən ət kəsimi sexi və ət anbarı aşkarlayıblar.

Bərdə şəhər Səməd Vurğun küçəsində yaşayan Seyfəddin Əsgərovun fərdi yaşayış evinin anbara yığılmış, müddəti keçmiş 20 tonadək ət baytarlar tərəfindən götürülüb.

S. Əsgərovun evində araşdırma aparılmasına Bakı şəhərində reyd zamanı bir avtomobildən mənşəyi məlum olmayan 5 ton mal ətinin aşkarlanması səbəb olub. Saxlanılan şəxs əti Bərdə şəhərində aldığını bildirib.

S. Əsgərov isə əti Bakı şəhərindəki zooparka göndərdiyini iddia edir.

Vaxtı keçmiş, mənşəyi məlum olmayan mal ətindən yoxlama üçün nümunələr götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR